Syomin "Turan Tovuz"un Berdıyevlə daha yaxşı oynayacağını sayır: "Qarabağ"la rəqabət apara bilsə, yaxşı olacaq"

“Qəbələ”nin sabiq baş məşqçisii Yuri Syomin Kurban Berdıyevin "Turan Tovuz"a baş məşqçi təyin olunmasına münasibət bildirib.

Presssport.az xəbər verir ki, təcrübəli rusiyalı mütəxəssis öz ölkəsinin mətbuatına bu haqda danışaraq Berdiyevin böyük təcrübəyə və yüksək keyfiyyətlərə malik məşqçi olduğunu söyləyib: "Lakin Azərbaycanda “Qarabağ”la rəqabət aparmaq çətindi. Onların çox güclü məşqçisi və çox yaxşı təşkilatçılığı var. Berdıyev “Qarabağ”la rəqabət apara bilsə, yaxşı olacaq. Amma komandanın beynəlxalq səviyyəyə çıxa biləcəyi haqda bir söz söyləyə bilmirəm. Orda çox ciddi klub olan “Neftçi” də var. Berdıyev hər şeyə nail olub, onun biliyi ilə klub daha yaxşı oynayacaq".


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC