"Üzücü məğlubiyyət oldu. Belə oynayıb məğlub olanda adam ikiqat üzülür. Matç baxımından futbolçularımız yaxşı performans göstərdi. Birinci hissənin son saniyəsində diqqətsizlikdən qol buraxdıq. Belə qol rəqibə psixoloji üstünlük verir. "Zirə"yə qarşı qolları qaçırmaq üzücüdü. Çünki onlar kompakt oynayan, sürətli hücuma çıxan komandadı. İkinci qolu da elə vurdular. Çempionat davam edir. Fərdi səhvləri azaltsaq, nəticələr yaxşı olacaq. Çox çalışmalıyıq. Daha yaxşı olacağıq. Buna inanıram".
Presssport.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 19-cu turunun "Zirə" ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.
O, ardından jurnalistlərin suallarını cavablandırıb.
- Sizcə, oyunun ədalətli nəticəsi nə idi?
- Məncə, heç-heçə idi.
- Arsen Ağcabəyov sonun dəqiqədə qol epizodunu qaçıranda nə hiss etdiniz?
- Ondan qabaq da Belajdi Pusinin 100 faizlik epizodu var idi. Bu epizodlara girmək özü bir işdir. Futbolçuların əziyyətinə görə üzülürəm. Oyun bizə siqnal verir ki, daha yaxşı olacağıq.
- Müdafiədə fərdi səhvlər çoxdur. Hansı addımı atmağı düşünürsüz?
- Düz qeyd edirsiniz. Həm "Qarabağ"la matçı, həm də bugünkü oyunu fərdi səhvlərə görə uduzmuşuq. Bunun çarəsini tapmalıyıq.
- "Şamaxı" yaxşı oynayır, amma nəticə yoxdu...
- Qışda ən çox transfer edən klub "Şamaxı" oldu. Transfer işini yekunlaşdırmısınızz?
- Ən çox transfer etməyimizin səbəbi odur ki, ən çox bizdən oyunçular gedib. Mövsümün əvvəlində təsdiq olunmuş büdcədi. Yəqin bir transfer də edib kifayətlənərik.
- Premyer Liqada komanda sayının artırılıb legioner limitinin ləğv olunacağı ilə bağlı söz-söhbətlər var. Sizcə, bu ölkə futboluna fayda verər?
- Həmişə komanda sayının daha çox olmasının tərəfdarıyam. Çünki 4 dövrə oynamaq çətindi. Komanda sayı artsa, yerli futbolçular da oynayacaq, gənc oyunçular üzə çıxacaq. Bütün komandalar legioner gətirməyəcək, hamı avrokuboklar üçün oynamayacaq. Şərait baxımından da inkişaf etməliyik. Premyer Liqa oyunları yaxşı stadionlarda keçirilməlidi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC