Romao "Qarabağ"ın turnir cədvəlindəki yerini ədalətli sayır: "Futbolda rəqibinin səni yaralamağına şərait yaradırsansa, səni yaralayacaq"

"Qarabağ"ın futbolçusu Julio Romao Avropa Liqası Liqa mərhələsinin "Olimpiakos"la matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Presssport.az braziliyalı yarımmüdafiəçinin fikirlərini diqqətinizə çatdırır:

- Oyunun taleyini detallar həll edəcək. Turnir cədvəlinə baxanda, görürük ki, "Olimpiakos" daha yaxşı vəziyyətdədi. Aşağı pillələrdə olmağımıza baxmayaraq, sabah yaxşı nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.

- Oyuna motivasiya olmaq üçün futbolçular olaraq öz aranızda nə danışırsınız?

- Bizim üçün hər oyun önəmlidi. Turnir cədvəlindəki vəziyyətdən asılı olmayaraq, hər matça müsbət nəticə qazanmaq üçün çıxırıq. Sabah da istisna olmayacaq. Avropa Liqasını daha yuxarı pillələrdə bitirmək üçün çalışacağıq.

- Sizcə, "Qarabağ"ın turnir cədvəlindəki yeri ədalətlidi?

- Mənə görə ədalətlidi. Çünki futbolda rəqibinin səni yaralamağına şərait yaradırsansa, səni yaralayacaq. Bir çox matçlarda yaxşı oynadıq, bəlkə də layiq olmadığımız məğlubiyyətlər yaşadıq. Sabah son oyunumuzdur. Turniri layiqli şəkildə bitirmək üçün əlimizdən gələni edəcəyik.

Xatırladaq ki, "Olimpiakos" - "Qarabağ" qarşılaşması sabah Bakı vaxtı ilə saat 00:00-da baş tutacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC