"Qarabağ" Avropa Liqası Liqa mərhələsinin 8-ci turu çərçivəsində sabah Yunanıstanda "Olimpiakos"un qonağı olacaq.
Presssport.a xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan əvvəl keçirilən mətbuat konfransına oyundan gözləntilərini açıqlayıb.
- Son matçımızdı. Çox ciddi rəqibə qarşı oynayacağıq. "Olimpiakos" Avropa Liqasının qalibi olmağa iddialıdı. Ötən mövsüm Konfrans Liqasının qalibi olublar. Bu il də istəkləri, hədəfləri böyükdü. Rəqibdə sürət, dinamika var. Yaxşı oyun göstərib yaxşı nəticə əldə etməyə çalışacağıq.
- 16 ildir "Qarabağ"da çalışırsınız. Bu müddət ərzində belə bir komanda yaratmaq üçün bu gücü hardan alırsınız?
- Əlbəttə ki, asan deyil. Futbol kollektiv oyundu. İşin gedişatında daim dəyişikliklər olmalıdı. Yeni simalar, yeni futbolçular seçirsən. Bəxtim onda gətirib ki, çox yaxşı əllərdə oldum. Yaxşı rəhbərimiz, idarəçilərimiz var. Komanda formalaşdırmaqda həmişə yanımda olublar. Mütləq şəkildə daha işgüzar olmalı, işimizə daha çox vaxt ayırmalıyıq. Əziyyət çəkirsənsə, Allah mütləq əziyyətin qarşılığını verir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC