"Qalatasaray" "Napoli"dən icarəyə götürdüyü afrikalı futbolçusu Viktor Osimheni saxlamaq istəyir.
Presssport.az xəbər verir ki, İstanbul nəhəngi 26 yaşlı nigeriyalı hücumçunun transfer hüququna yiələnmək üçün İtaliya klubuna müraciət edib.
Belə ki, "Qalatasaray" Osimhen üçün "Napoli"yə 65 milyon avroluq təklif göndərib. Lakin neapollular bu təklifi qəbul etməyib. Çünki klub forvardını 75 milyon avroluq sərbəstqalma məbləğindən aşağı satmağı düşünmür.
Xatırladaq ki, "Qalatasaray" Osimheni cari mövsümün əvvəlində icarəyə götürüb. Nigeriya millisinin üzvü "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 20 rəsmi matçda 16 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC