Avropa Liqasının Liqa mərhələsinin son matçında Yunanıstanda yerli “Olimpiakos”un qonağı olacaq "Qarabağ"ın səfər proqramı bəlli olub.
Bu barədə Presssport.az-a Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Hacıyev məlumat verərək, yanvarın 29-da səhər saatlarında çarter reysi ilə yola düşəcəklərini və qarşılaşmadan sonra Bakıya qayıdacaqlarını açıqlayıb.
"Köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı həmin gün yerli vaxtla saat 19:40-da, açıq məşq isə saat 20:00-da başlayacaq. Bu yerdə bildirək ki, Azərbaycanla Yunanıstan arasında saat fərqi 2-di.
Xatırladaq ki, yanvarın 30-da keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC