"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu Türkiyədə çalışa bilər.
Presssport.az xəbər verir ki, Sinan Kaloğlu ilə yollarını ayıran "Kayserispor" rumıniyalı mütəxəssisi baş məşqçi postuna gətirmək istəyir.
Bu barədə "NTV Spor" məlumat yayıb.
Bildirilir ki, Super Liqa təmsilçisi hazırda öz ölkəsinin "Petrolul Ploieşti" klubunu çalışdıran Mutu ilə danışıqlar aparır. Tərəflər anlaşa bilsə, yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Xatırladaq ki, 46 yaşlı Mutu 2023/24 mövsümünün ilk yarısında "Neftçi"nin baş məşqçisi olaraq uğursuz işi qarşılığında müqaviləsi pozulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC