"Olimpiakos" "Qarabağ"a qalib gəlsə, böyük mükafat qazanacaq - klub prezidenti vəd verdi

"Olimpiakos" futbolçuları Avropa Liqasının Liqa mərhələsinin son turunda "Qarabağ"ı məğlub edəcəkləri halda böyük məbləğdə pulla mükafatlandırılacaq.

Presssport.az xəbər verir ki, bu haqda Yunanıstan mətbuatı məlumat yayıb.

Belə ki, Pirey klubunun prezidenti Evangelos Marinakis Yunanıstan çempionatının 20-ci turunda "Panatinaikos"la matçdan sonra futbolçularla görüşərək, 1:1 hesablı heç-heçəyə baxmayaraq, komandanın oyunundan razı qaldığını söyləyib. O, bu nəticəni qələbəyə bərabər hesab etdiyini vurğulayıb və "Qarabağ"a qalib gələcəkləri təqdirdə onları böyük məbləğdə pulla mükafatlandıracağını deyib: "Bugünkü oyuna görə hamınızı - futbolçuları, məşqçiləri təbrik edirəm. Təəssüf ki, matçın taleyini hakim qərarları həll etdi. Ehtirasla çıxış etdiniz. Oyun ərzində üstün tərəf idik. Meydanda 10 nəfər qalmışdınız, amma 12 və ya daha çox insanın ruhu ilə oynadınız. Çoxlu qol imkanı yaratdınız, "Olimpiakos"a layiq şəkildə çıxış etdiniz. Bilirsiniz ki, bu matç mənim və azarkeşlərimiz üçün çox şey deməkdir. Mənim üçün qalibsiniz. "Olimpiakos" belə oynamalıdır! "Qarabağ"a qalib gəlsəniz, premium mükafat alacaqsınız. Bütün gücünüzü ortaya qoyun, belə oynamağa davam edin. Bu cür davam etsəniz, klubumuzun şanslı tarixinin 100 illiyində çempion olacağıq".

Xatırladaq ki, yanvarın 30-da Yunanıstanda keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC