"Berezutski Çində özünü yaxşı hiss etdiyini deyirdi, 2 gündən sonra Azərbaycan klubuna keçdi"

Moskva MOİK-inin kapitanı İqor Akinfeyev “Sabah”ın baş məşqçisi Vasili Berezutskinin dəyişkən əhvalı haqda danışıb.

Presssport.az xəbər verir ki, yerli telekanallların birində qonaq olan Rusiya millisinin 39 yaşlı sabiq qapıçısı əkiz qardaşlar olan Berezutskiləri müqayisə edib: “Aleksey Berezutski Vasili Berezutskidən daha məsuliyyətlidi. Vasya küləkdi. O, bu yaxında müsahibə verərək, Çində özünü yaxşı hiss etdiyini deyirdi. İki gündən sonra isə Azərbaycan klubuna keçdi, baş məşqçi təyin edildi (gülür)".

Xatırladaq ki, V.Berezutski ötən ilin noyabrından “Sabah”a rəhbərlik edib. Tərəflər arasında 2,5 illik müqavilə imzalanıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC