Yunanıstanda yerli "Olimpiakos" və “Qarabağ” arasında keçiriləcək Avropa Liqası oyununun təyinatları bəlli olub.
Presssport.az xəbər verir ki, qarşılaşma Rumıniyadan olan hakimlər briqadasına tapşırılıb.
Belə ki, baş hakim FİFA referisi Radu Petresku olacaq. Ona Radu Qinquleaç və Mirça Mihail Qriqoriu kömək göstərəcək. Dördüncü hakim funksiyasını Marsel Birsan yerinə yetirəcək.
VAR-da Katalin Popa, AVAR-da Sebastyan Koltesku əyləşəcək.
Xatırladaq ki, Liqa mərhələsinin VIII turunda, yanvarın 30-da baş tutacaq "Olimpiakos" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC