“Neftçi” tezliklə yeni legioner transfer edə bilər.
Presssport.az xəbər verir ki, paytaxt təmsilçisi İsveçrənin "İverdon" klubunun yarımmüdafiəçisi Boris Sespedesunu heyətinə qatmağı planlaşdırır.
"Neftçi" artıq Super Liqa klubuna rəsmi təklif göndərərək, boliviyalıya hazırkı klubunda qazandığı 250-300 min İsveçrə frankından (təxminən 470-560 min manat) xeyli yüksək maaş təklif edib.
Maraqlıdı ki, Sespedesu müdafiə və mərkəz yarımmüdafiəçisi kimi çıxış etməsinə baxmayaraq, Super Liqada bu mövsüm komandanın bombardiridir (5 qol). Onun klubuyla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
Boliviya millisinin üzvü İsveçrədə “Servett”də də oynayıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC