UEFA U-21 milli komandaları arasında AVRO-2027-nin seçmə mərhələsinin püşkatma mərasimi üçün səbətləri açıqlayıb.
Presssport.az xəbər verir ki, püşkatma mərasimi fevralın 6-da UEFA-nın Nyon şəhərində keçiriləcək.
Qurumun 55 üzvündən 4-ü püşkatmada iştirak etməyəcək. Belə ki, Rusiya beynəlxalq yarışlardan kənarlaşdırıldığı, Serbiya və Albaniya final mərhələsinin ev sahibi olduğu, Lixtenşteyn isə yarışa qatılmayacağı üçün mərasimdə təmsil olunmayacaq.
Azərbaycana gəlincə, millimiz Belarus, Monteneqro, Bosniya və Herseqovina, Kipr, Latviya, Litva, Qazaxıstan və Lüksemburqla 5-ci səbətdə yer alıb. Bu o deməkdir ki, həmin yığmalar qrupda bir-birinə rəqib ola bilməyəcək.
Ümumilikdə püşkatma üçün səbətlər aşağıda qeyd edilən kimidir:
I səbət: İspaniya, İngiltərə, Portuqaliya, Niderland, Almaniya, Fransa, Ukrayna, İtaliya, Danimarka
II səbət: Rumıniya, İsveçrə, Xorvatiya, Çexiya, Polşa, Norveç, Belçika, Gürcüstan, İrlandiya
III səbət: Sloveniya, Finlandiya, İsveç, Avstriya, Slovakiya, Yunanıstan, İslandiya, Macarıstan, Bolqarıstan
IV səbət: Şotlandiya, Uels, İsrail, Şimali Makedoniya, Türkiyə, Kosovo, Şimali İrlandiya, Farer adaları, Moldova
V səbət: Belarus, Monteneqro, Bosniya və Herseqovina, Kipr, Latviya, Litva, Qazaxıstan, Azərbaycan, Lüksemburq
VI səbət: Estoniya, Malta, Ermənistan, Andorra, Cəbəllütariq, San Marino.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC