Bu gün Tofiq Bəhramovun 100 illik yubileyidi

Bu gün dünya şöhrətli azərbaycanlı futbol hakimi Tofiq Bəhramovun anadan olmasının 100-cü ildönümüdür.

Presssport.az xəbər verir ki, yubilyar 1925-ci il yanvarın 29-da anadan olub.

Dünya futbol tarixinə “Qızıl fit” alan yeganə laynsman kimi düşən Bəhramov futbolçu karyerasına 1940-cı ildə başlayıb. O, əvvəlcə “Spartak”ın gənclərdən ibarət komandasında çıxış edib, sonra isə “Neftyanik”ə dəvət olunub. Lakin ayağından aldığı zədə nəticəsində futbolçu karyerasına erkən son qoyub.

Ancaq futbolun vurğunu olan Bəhramov sevimli məşğuliyyətindən ayrılmayıb və hakim kimi bu idman növündə fəaliyyətini davam etdirib. O, keçmiş SSRİ-də avrokubokların finalında hakimlik etmiş ilk referi kimi də tarixə düşüb.

Bəhramova dünya şöhrəti gətirən oyun isə 1966-cı il İngiltərədə keçirilən dünya çempionatının final qarşılaşması olub. Almaniya - İngiltərə final matçında yan xətt hakimi kimi yaşıl meydanda olan hakimimiz qarşılaşmada Cef Hertzin qapı xəttindən keçən qolunu qeydə alıb. Bundan başqa, azərbaycanlı referi 1972-ci ildə qitələrarası kubokun finalını idarə edib.

Bəhramov Azərbaycan Futbol Federasiyaları Assosiasiyası - AFFA yarananda hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb. Hazırda Respublika stadionu onun adını daşıyır.

Bəhramov 1993-cü il martın 26-da dünyasını dəyişib. Onun 100 illik yubileyi ilə bağlı bir sıra tədbirlər keçiriləcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC