Millimizin futbolçusunun “Çernomorets”də debütü uğurlu alınıb

Ukrayna Premyer Liqasında 18-ci tura start verilib. 

Presssport.az xəbər verir ki, milli komandamızın yarımmüdafiəçisi Emil Mustafayevin yeni keçdiyi “Çernomorets” səfərdə “Kolos”la qarşılaşıb. 

Meydana start heyətində çıxan Mustafayev bununla da yeni klubunda debüt edib. O, 88-ci dəqiqədə Kaio Qomeslə əvəzlənib. 
Millimizin 23 yaşlı üzvünün “Çernomorets”də debütu uğurlu alınıb və komandası sona 3 dəqiqə qalmış vurduğu qol nəticəsində səfərdə 2:1 hesablı əzmkar qələbə qazanıb. 

Bununla da xallarının sayını 15-ə çatdıran Odessa klubu turnir cədvəlində 14-cü pilləyə yüksəlib. 

Xatırladaq ki, Emil bu ayın əvvəlində “Polessye”dən “Çernomorets”ə icarə əsasında keçib. Anlaşma cari mövsümün sonunadək nəzərdə tutulub. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC