"Bu soyuq havada komandamızı dəstəkləyən azarkeşlərimizə təşəkkür edirəm. Biz oynadıq, "Turan Tovuz" qələbə qazandı. Bir epizod yaratdılar, o da qol oldu. Bizsə yüz faizli 3 epizodu dəyərləndirə bilmədik. Növbəti oyunlara baxacağıq. Çempionat davam edir".
Presssport.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 24-cü turunun “Turan Tovuz”la ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib.
O, ardından jurnalistlərin sualarını cavablandırıb.
- Nəticənin belə olacağını bilsəydinizz, oyunun təxirə salınmasını istəyərdiniz?
- Yox. Hakimlər və AFFA nümayəndəsi oyunun keçirilməsi üçün heç bir əngəlin olmadığını deyəndən sonra oynamalıyıq. VAR-ın olmamasından başqa heç bir maneə yox idi.
- Rəqibin matçdan öncə süni ajiotaj yaratması sizə necə təsir etdi?
- Oyundan öncə olan şeylərdi. Bəlkə də özlərini sığortalamaq üçün belə bir bəyanat yaydılar. Çətin oyun idi. Baş hakim Kamal Umudlu əlindən gələni etdi. Amma bir-iki epizod oldu ki, VAR-a getmək olardı. Məncə, ümumilikdə böyük bir səhv olmadı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC