Firdovsi Umudov Bolqarıstan Prezidentinin Gənclər və İdman məsələləri üzrə məsləhətçisiylə görüşüb

Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezidenti Firdovsi Umudov Bolqarıstan Respublikası Prezidentinin Gənclər və İdman məsələləri üzrə məsləhətçisi Georgi Aleksandrovla görüşüb. 

Presssport.az AAF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı iki ölkənin ağırlıqqaldırma idmanı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Umudov ölkəmizdə bu idman növünün inkişafı üçün dövlət səviyyəsində hər cür dəstəyin göstərildiyini qeyd edib. O əlavə edib ki, beynəlxalq əlaqələrin qurulması ağırlıqqaldırma idmanının tərəqqisi istiqamətində atılan ən vacib addımlardan biridi.

Aleksandrov da öz növbəsində Azərbaycan atletlərinin son yarışlarda qazandıqları uğurlara diqqət çəkib. Qonaq gələcəkdə hər iki ölkənin yığma komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi arzusunda olduqlarını diqqətə çatdırıb. 

Görüş zamanı bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC