Təxirə salınan “Zirə” - “Kəpəz” oyununun yeni tarixi açıqlanıb

Güclü qar yağışı səbəbindən təxirə salınan “Zirə” – “Kəpəz” qarşılaşmasının yeni tarixi müəyyənləşib. 

Presssport.az xəbər verir ki, Peşəkar Futbol Liqasının (PFL) qərarına əsasən matç 24 fevral tarixində Zirə İdman Kompleksində keçiriləcək. 

Qarşılaşma saat 16:00-da başlayacaq.

PFL-in yaydığı məlumatda bildirilib ki, Zirə İdman Kompleksinin ot örtüyü səhər saatlarından etibarən bütün lazımi tədbirlərin görülməsi nəticəsində “Zirə” – “Kəpəz” matçının keçirilməsi üçün hazır vəziyyətə gətirilsə də, oyunöncəsi qar yağışı şiddətini artırıb. Nəticədə qarşılaşmanın baş tutması üçün minimal imkanlar belə əlçatmaz olub. 

Matçın baş hakimi Rauf Cabbarovun meydançanı təftiş etdikdən sonra oyunun təxirə salınması barədə qərar qəbul edib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC