Qriqorçuk "Neftçi" ilə bacarmadığını debütdə reallaşdırdı

Ukrayna Premyer Liqasının 18-ci turunun matçında "Rux" Lvovda Çerkasinin LNZ klubunu qəbul edib. 

Presssport.az xəbər verir ki, görüş qonaqların 1:0 minimal hesablı qələbəsi ilə başa çatıb. 

Yeganə qolu oyunun əvvəlində Vyaçeslav Tankovski vurub. 

Beləliklə, LNZ Roman Qriqorçukun rəhbərliyi altında ilk rəsmi oyunundaca qələbə qazanıb. Mövsümün gedişində "Neftçi"ni tərk edərək Vətəninə dönən 60 yaşlı ukraynalı mütəxəssis Bakı komandasını meydana çıxardığı bir dövrə, başqa sözlə, 9 oyun ərzində qələbə qazana bilmədiyi üçün istefaya göndərilmişdi.

Onu da bildirək ki, LNZ bu səfər qələbəsindən sonra 22 xalla 9-cu pilləyə yüksəlib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC