Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” - “Turan Tovuz” oyunu nəzərdə tutulduğu vaxtda baş tutacaq.
Presssport.az xəbər verir ki, Şamaxıya şəhər stadionundakı matç nəzərdə tutulduğu kimi, bu gün saat 14:30-da start götürəcək.
Şamaxıda qar səbəbindən bir neçə saat əvvəl meydança əlverişsiz vəziyyətdə olub. Lakin aparılan işlər nəticəsində meydança qardan təmizlənib və oyun üçün hazır vəziyyətə gətirilib.
Beləliklə, “Şamaxı” - “Turan Tovuz” oyunu təxirə salınmayacaq və nəzərdə tutulan vaxtda başlayacaq.
“Turan Tovuz”un oyunun təxirə salınması ilə bağlı (canlı yayımın və VAR-ın olmaması səbəbindən) Peşəkar Futbol Liqasına müraciətinə isə müsbət cavab verilməyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC