Berdıyev meydançanın durumundan və qələbədən danışıb: "Çox çətin mübarizə oldu"

"Çətin oyun oldu. Meydançada şərtlər uyğun olmasa da, hər iki komanda üçün eyni idi. Mübarizə aparmaq san deyildi. Çox çətin mübarizə oldu. Həm qələbəyə, həm də uşaqların göstərdikləri xarakterə görə çox şadam. Hər iki tərəfin müəyyən qol imkanları oldu. Allaha şükürlər olsun ki, qələbə qazandıq".

Presssport.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 24-cü turunun “Şamaxı” ilə oyunundan sonra keçirilmiş mətbuat konfansında deyib.

O, ardından jurnalistlərin sualarını cavablandırıb.

- Hakimliklə bağlı hər hansı narazılığınız yoxdu?

Xeyr. Hakimlər oyunu yaxşı idarə etdi.

- Komandanız günü-gündən inkişafdadı. Avrokubok şansı haqda nə deyə bilərsiniz?

Oyundan-oyuna hazırlaşırıq. Bütün fikrimizi önümüzdəki matça yönəldirik. Sonda necə olacağını Allah bilir. Necə məsləhətdirsə, elə də olacaq.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC