Mahir Emrelinin anasının illər sonra etirafı: "Coşqun da bağışlasın məni, oğluma görə çox bazada qalıb"

"Mahirin üzərində Qurban Qurbanovun böyük əziyyəti var"

Presssport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin anası Elnurə Emreli jurnalist Azər İsmayılın "YouTube" layihəsində deyib.

O, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun Mahirin həyatı və karyerasındakı rolundan danışıb: "Qurban müəllim Mahirə təkcə məşqçilik yox, həm də böyük qardaşlıq, atalıq edib. O, təkcə Mahirlə yox, bütün futbolçularla elə davranır. Əks halda "Qarabağ" bu qədər uğurlu nəticələrə imza ata bilməzdi. İdmanda nizam-intizam çox önəmlidir. "Qarabağ" dakı disiplini heç bir klubda görməmişəm. Məsələn, Mahir indi xaricdə oynayır və görürük ki, onlara futbolçu yalnız klubun içində maraqlıdır. Ancaq "Qarabağ"da hoca futbolçuların şəxsi həyatına da nəzarət edirdi. Bakı balaca şəhərdir".

Elnurə Emreli Mahirin "Qarabağ"da çıxış etdiyi dövrdən də söz açıb: "Məsələn, Qurban müəllim səhər Mahirə zəng edirdi ki, gecə saatlarında şəhərdə neyniyirdin? Mahir "Qarabağ"a gedəndə cəmi 17 yaşı vardı. Olurdu ki, telefonla danışarkən uşaqlarla görüşmək üçün plan qurduğunu eşidirdim. Mən də hocaya zəng edib deyirdim ki, bunların nəsə planı var. Həmin gün məşqdən sonra hoca deyirdi ki, Mahir, Coşqun, Eltun və başqa kim varsa, bazada qalacaqsınız. Bunu ilk dəfədir deyirəm. Coşqun da bağışlasın məni, Mahirə görə çox bazada qalıb".

Xatırladaq ki, Emreli 2015-21-ci illərdə Ağdam təmsilçisinin şərəfini qoruyub.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
12345
6789101112
13141516171819
20212223242526
27282930
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC