Bu gün I Liqada 20-ci tura yekun vurulub.
Presssport.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçirilib.
Lider "Qəbələ" 4-cü pillədəki "Bakı Sportinq"in qonağı olub. Əyalət təmsilçisi rəqibini darmadağın edərək növbəti mövsüm üçün Premyer Liqaya vəsiqəni təmin edib. Beləliklə, sona 7 tur qalmış "Qəbələ" ilə ən yaxın izləyicisi "Karvan" arasında xal fərqi 24-ə yüksəlib. Bundan sonra "Qəbələ" hətta bütün oyunlarda uduzsa belə, ilk "3-lük"də mövqeyini əldən verməyəcək.
Digər oyunda "İmişli" evdə MOİK-i sınağa çəkib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
4 aprel (cümə)
16:00. “Bakı Sportinq” – “Qəbələ” - 0:5
Qollar: N.Əliyev, 20, 88; D.Massumo, 43; E.Tağıyev, 79, 86
Hakimlər: Əli Əliyev, Vüqar Bayramov, Samir Qaracayev, Murad Səlimov
Binə qəsəbə stadionu
16:00. “İmişli” – MOİK - 2:1
Qollar: İ. İnqilablı, 57; O. Timilehin, 83 – İ. Əliyev, 90-pen.
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Səbuhi Əmrahov, Ruslan Quliyev
Şamaxı OİK stadionu
3 aprel (cümə axşamı)
“Cəbrayıl” – “Qaradağ Lökbatan” - 0:0
“Difai” – “Karvan” - 3:5
“Mingəçevir” – “Zaqatala” - 2:2
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | |||
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC