ACF "Qəbələ" İdman Klubunda kəmər dərəcələri üzrə imtahan keçirib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə "Qəbələ" İdman Klubunda kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

ACF-nin mətbuat xidmətindən Presssport.az verilən məlumata görə, 100-ə yaxın cüdoçu müvafiq yaş uyğunluğuna əsasən müxtəlif kəmər dərəcələri üzrə imtahan verib.

İmtahandan uğurla keçən idmançılara müvafiq kəmər və sertifikat təqdim edilib.

Rəsmi kəmər imtahanlarının keçirilməsi idmançıların cüdo texnikalarını hərtərəfli öyrənməsi, həmçinin onların motivasiyası üçün mühüm əhəmiyyət kəsb edir.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC