Baco silahlı hücuma məruz qaldı, xəsarət aldı, evi qarət olundu

İtaliyalı əfsanəvi futbolçu Roberto Bacco silahlı hücuma məruz qalıb.

Presssport.az xəbər verir ki, hadisə keçən gecə veteran hücumçunun ailəsi ilə birlikdə Viçentsa şəhərinin yaxınlığında yerləşən meşəlik ərazidəki evində baş verib.

Belə ki, AVRO-2024-ün İtaliya - İspaniya matçını (0:1) izlədikləri zaman 5 nəfər silahlı şəxs evə daxil olub. Onlar futbolçunu və ailəsini bir otağa saldıqdan sonra evi qarət edib. Hadisə nəticəsində Bacco yaralanıb. Qarətçilər evdən zinət əşyaları, bahalı saatlar və pul aparıb.

Roberto soyğunçular getdikdən sonra otaqdaqn çıxmağı bacarıb və polisə xəbər verib.

İtaliya mətbuatının yazdığına görə, veteran futbiolçu oğrular evə girən zaman onlardan birinin üzərində hücum edib. Bu zaman həmin şəxs İtaliya millisinin sabiq üzvünün başına əlindəki silahın arxa hissəsi ilə zərbə vurub. 

Bacconun alnına tikiş vurulub. Onun ailə üzvlərindən yaralanan olmayıb.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC