"Qəbələ" keçmiş əcnəbi məşqçisini qaytardı - Tsxaxadzeyə çox tanış sima

“Qəbələ”nin məşqçilər korpusunda dəyişiklik edilib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. 

Serbiyalı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək.

Yevtiç 2018-ci ilin iyunundan 2020-ci ilin yayına qədər də “Qəbələ”də çalışıb. Əvvəllər də Sxadadze ilə birlikdə çalışmış mütəxəssis karyerası ərzində Azərbaycanda “İnter” (indiki “Şamaxı”), “Araz-Naxçıvan”, Qazaxıstanda “Kayrat” və “Kaspi” klublarında, həmçinin Gürcüstan milli komandasında fəaliyyət göstərib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC