Vurğun Hüseynov karyerasını bitirməyəcək: " Həm Adil müəllim, həm rəhbərlik istəyir ki, təcrübəli futbolçu kimi qalım"

“Kəpəz”in kapitanı Vurğun Hüseynov bu yay futbolçu karyerasını başa vurmayacaq.

Bu haqda 36 yaşlı müdafiəçi Presssport.az-a danışaraq, hələ 1 mövsüm də oynayacağını vurğulayıb.

Belə ki, Vurğun karyerasını bitirmək haqda düşünsə də, ilk növbədə baş məşqçisi Adil Şükürov onu fikrindən daşındıra bilib: “Açığı, çempionatın sonunda Adil müəllimlə bu haqda söhbətimiz olmuşdu. O, məni komandada bir təcrübəli futbolçu kimi görmək istədiyini diqqətimə çatdırdı.  Bu yaxında baş məşqçimizlə görüşdüm və məni yenə sərəncamında futbolçu kimi görmək istədiyini vurğuladı. Sadəcə, açıq qalan 1-2 məsələ var. Bu da müqavilədə maddi şərtlərlə bağlıdı. Bunlar da yaxın günlərdə dəqiq bilinəcək. Ailəm Bakıdadı, mənə Gəncədə olmaq əlavə çətinlik yaradır. Müqaviləylə bağlı məsələləri Şükürovla müzakirə etmişik. O da bunları rəhbərliklə danışmalıdı. Böyük ehtimal ”Kəpəz"də qalacam bir təcrübəli futbolçu, yenə də əsas kapitan kimi. Tam dəqiq olmasa da, ehtimal çoxdu ki, qalım və başa çatan müqaviləni daha 1 illiyə uzadım".

Hüseynov hesab edir ki, məşqçilik tam fərqli sahə olduğu üçün "Kəpəz"də məşqçi olsa, bugünkü effektiylə kömək edə bilməyəcək: “Bu gün üçün düşünürəm ki, ”Kəpəz”də qalası olsam, komandada futbolçu kimi qalmağım daha yaxşı olar, nəinki məşqçi kimi. Komandanın içində olmalıyam ki, o effekti onlara verə bilim və bu, hələ ki futbolçu ola bilər. Bilirsiniz ki, keçən mövsüm də az oynadım, demək olar oynamadım. Qarşıdakı mövsümdə də yəqin, belə olacaq. Komandanın daxilində oynamasam belə, təcrübəli futbolçu kimi olacam. Həm Adil müəllim, həm rəhbərlik istəyir ki, qalım. Təbii ki, bu diqqəti görmək mənə xoşdu". 

Vurğun məşqçilikdə B kateqoriyasını oxumaq istədiyini və kursların nə vaxt başlamasıyla maraqlanacağını sda özlərinə əlavə edub.

Xatırladaq ki, Hüseynov millimizdə oynadığı üçün C kateqoriyasına avtomatik sahib olacaq. 

 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC