Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olundu: "Onun qarşısına çox məqsəd qoymuşuq"

Kurban Berdıyev “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Presssport.az xəbər verir ki, bu barədə klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Rusiyanın mətbuatına açıqlamasında deyib.

 O, 71 yaşlı mütəxəssisin iyunun 21-də axşam Bakıya gəldiyini və ertəsi 2+1 illik müqavilə imzaladıqlarını söyləyib: “Hər şey qaydasındadı, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı müqavilənin şərtlərini dəyişdik. KLubumuz Kurban Berdıyevin işini izlədi və başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə ”2+1" sistemi ilə bağlanıb".

Nəsibov deyib ki, böyük bir layihə qururlar və Berdıyevin qarşısına çox məqsəd qoyublar: "Birincisi, komandanın Azərbaycan çempionatında uğurlu çıxışı və Konfrans Liqasına vəsiqə qazanması. Məşqçi akademiyamızla işləməyə xüsusi diqqət yetirəcək. Berdıyev bizə yeni klub qurmağa və komandamızın gələcək uğurları üçün yaxşı zəmin yaratmağa kömək edəcək".

Xatırladaq ki, Berdıyev son olaraq Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC