"Səbail" "Ərzurumspor" və "Hatayspor"la qarşılaşacaq

“Səbail”in 2024/25 mövsümü üçün yay hazırlıq planı bəlli olub.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 27-də baş məşqçi Şahin Diniyevin rəhbərliyi altında bir araya gələcək komanda iyulun 3-nə qədər məşqləri Bakıda keçirəcək.

“Dənizçilər” iyulun 5-də toplanışın ikinci mərhələsi üçün Türkiyəyə yola düşəcək. Ərzurumda baş tutacaq təlim-məşq toplanışında komanda 3 yoxlama oyununa çıxacaq.

“Səbail” iyulun 11-də I Liqa təmsilçisi “Ərzurumspor”la, 13-də isə Türkiyə Superliqası klublarından “Hatayspor”la qarışlaşacaq. Sonucu rəqib və oyunların başlama vaxtı ilə bağlı yaxın günlərdə məlumat veriləcək. Ərzurum toplanışı iyulun 18-dək davam edəcək.

Xatırladaq ki, "Səbail" 2023/24 mövsümünü 42 xalla 7-ci pillədə bitirib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC