"Turan Tovuz"dan ilk yay transferi - Yunanıstan və Latviyada oynamış futbolçu

2024/2025 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qərb təmsilçisi yarımmüdafiəçi Tural Bayramlı ilə 2 illik müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerası ərzində Yunanıstan və Latviyada legioner həyatı yaşayıb. O, Azərbaycanda "Sumqayıt", "Keşlə", "Zirə", "Səbail" və son olaraq “Araz-Naxçıvan”ın formasını geyinib.

Xatırladaq ki, bu, “Turan Tovuz”in ilk yay transferidi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC