“Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarında ölkəmizi təmsil edəcək gimanstlar müəyyənləşib

Azərbaycanı Rusiyanın Yakutsk şəhərində keçiriləcək “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunlarının bədii gimnastika üzrə yarışında təmsil edəcək nümayəndə heyətinin tərkibi müəyyənləşib.

Presssport.az xəbər verir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumat yayıb.

Yarışda ölkəmizi məşqçi Nəzrin Cəfərzadənin rəhbərliyi altında Şəms Ağahüseynova və Sofiya Məmmədova təmsil edəcək. Hakim kimi isə Səbinə Hacıyeva iş başında olacaq.

Onu da bildirək ki, “Asiya uşaqları” VIII Beynəlxalq İdman Oyunları iyunun 26-da başlayıb, iyulun 6-da yekunlaşacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC