AVRO-2024: İspaniya ardıcl 3-cü qələbəyə doğru, İtaliyaya 1 xal da yetərlidi

Almaniyada təşkil olunan AVRO-2024-də qrup mərhələsində III turun növbəti görüşləri bu gün keçiriləcək.

Presssport.az xəbər verir ki, bu acşam B qrupunda mübarizəyə yekun vuruluacaq.

Albaniya yığması, 1/8 finalı özü üçün təmin edən İspaniya millisi ilə qarşılaşacaq. 

Gecənin digər oyununda isə ilk məğlubiyyətini ispanlardan olan son Avropa çempionu İtaliya yığması Xorvatiya millisinin müqavimətini qırmağa çalışacaq. Luçano Spalettinin komandasına pley-offa çıxmaq üçün heç-heçə də yetərlidi.

Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

24 iyul

B qrupu

III tur

23:00. Albaniya - İspaniya

Baş hakim: Qlenn Nyuberq (İsveç).

Düsseldorf. "Esprit Arena".

23:00. Xorvatiya - İtaliya

Baş hakim: Denni Makkeli (Niderland).

Leyptsiq. "Red Bull Arena".

Xal durumu: İspaniya - 6, İtaliya - 3, Albaniya, Xorvatiya - hər ikisi 1.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC