Çimərlik voleybolu yığmamız İstanbulda həm beynəlxalq reytinq xalları qazandı, həm də pul mükafatı

Azərbaycanın çimərlik voleybolu üzrə milli komandası beynəlxalq yarışda çıxışını başa vurub.

Presssport.az xəbər verir ki, iyunun 21-dən 23-dək Türkiyənin İstanbul şəhərində təşkil olunan “Bioderma Pro Beach Tour” açıq çempionatında ölkəmizi 3 qadın (Çinarə Quliyeva-Larisa Smeltsova, Fidan Əhmədxanova-Nərmin Səmədzadə, Lizi Latsabidze-Səbinə Əlizadə) və 2 kişi komandası (Vadim Kutukov-Heydər Məmmədli, Akşin Ağazadə-Fərda Dünyayev ) təmsil edib.

Qadınların mübarizəsində Çinarə Quliyeva-Larisa Smeltsova cütü uğurlu çıxışla yadda qalıb. 

Üç görüşdə qalib gələn təmsilçilərimiz turnirdə 5-ci yeri tutub. Voleybolçularımız beynəlxalq reytinq xalları ilə yanaşı, pul mükafatı da qazanıb.

Onu da bildirək ki, yarışda ümumilikdə 23 qadın və 30 kişi komandası iştirak edib.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC