AVRO-2024: Bu gün 2 qrupda mübarizəyə yekun vurulacaq

Almaniyada təşkil olunan AVRO-2024-ün qrup mərhələsində III turun növbəti görüşləri keçiriləcək.

Presssport.az xəbər verir ki, bu gün D və C qruplarında mübarizəyə yekun vurulacaq.

İlk olaraq D qrupunun matçları keçiriləcək. Belə ki, lider Niderland yığması ən yaxın izləyicilərindən olan Avstriya millisiylə qarşılaşacaq. Qrupun digər görüşündə Fransa millisi xalı olmayaraq AVRO-2024-də şansı itirəm Polşa yığmasıyla qarşılaşacaq. 

Hər iki oyun Bakı vaxtl ilə saat 20:00-da başlayacaq.

C qrupunda lider olan İngiltərə millisi də ən yaxın izləyicilərindən olan Sloveniya yığmasıyla görüşəcək. İkinci pillədə qərarlaşan Danimarka yığması, 1 xal qabaqladığı qrup sonuncusu Serbiya millisi ilə münasibətlərə aydınlıq gətirəcək.  Hər iki oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

25 iyun

D qrupu

III tur

20:00. Niderland - Avstriya

Baş hakim: İvan Krujlyak (Slovakiya).

Berlin Olimpiya Stadionu.

20:00. Fransa - Polşa

Baş hakim: Marko Quida (İtaliya).

Dortmund, "Siqnal İduna Park".

Xal durumu: Niderland - 4, Fransa - 3, Avstriya - 3, Polşa - 1.

C qrupu

III tur

23:00. İngiltərə - Sloveniya

Baş hakim: Klement Turpin (Fransa).

Köln. “Reyn Enerqi” stadionu.

23:00. Danimarka - Serbiya

Baş hakim: Fransua Leteksye (Fransa).

Münhen. "Alyans Arena".

Xal durumu: İngiltərə - 4, Danimarka - 2, Sloveniya - 2, Serbiya - 1.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC