Həndbol Federasiyasında antidopinq maarifləndirmə seminarı

Azərbaycan Həndbol Federasiyasının idmançı-köməkçi heyəti üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.

Presssport.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, seminarda idmanın fundamental dəyərlərinin qorunmasında məşqçilərin və tibbi heyətin oynadığı fəal rol vurğulanıb.

Bundan əlavə, antidopinq sisteminin əhəmiyyəti, antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesində atılacaq addımlar, qadağan edilmiş siyahı və terapevtik istifadə üçün istisnalar kimi önəmli antidopinq mövzularında fikir mübadiləsi aparılıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC