AFFA 2 kluba texniki məğlubiyyət verdi

AFFA-nın İntizam Komitəsi 2 kluba texniki məğlubiyyət verib.

Presssport.az xəbər verir ki, cəzaya məruz qalan komandalardan biri U-17, digəri U-16 Liqası iştirakçısıdı.

U-17 Liqasında iyunun 20-də keçirilməli olan “Kəpəz” - “Zirə” matçı qonaqların təyin edilən vaxtda meydana çıxmaması səbəbindən baş tutmayıb. Nəticədə zirəlilərə 0:3 hesablı texniki məğlubiyyət verilib.

U-16 Liqasında isə “Masallı” “Atletico Baku” ilə matçda oyunu buraxmalı olan Ruslan Abdulxalıqovun xidmətindən istifadə etdiyinə görə cəzalanıb. Bölgə təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC