"Qəbələ" yeni məşqçi təyinatını açıqladı

“Qəbələ”nin məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.

Presssport.az bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Amil Ağacanov “qırmızı-qaralar”ın qapıçılar üzrə məşqçisi olub. 

41 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. 

Ağacanov futbolçu karyerası ərzində “Göyəzən” (2004-2005), “Şüvəlan” (2005-2006, 2011-2013, 2015-2016), “Turan” (2006-2007), “Bakı” (2007), “Masallı” (2007-2008), MOİK (2008), “Standard” (2008-2009), “Muğan” (2009-2011), “Simurq” (2013-2015) və “Zaqatala” (2016-2018) klublarında çıxış edib. O, 2004-2005-ci illərdə Azərbaycanın U-21 yığmasının formasını geyinib. 

Karyerasını bitirdikdən sonra Naxçıvan Futbol Federasiyasında fəaliyyətə başlayan sabiq qapıçı “Araz-Naxçıvan”da da çalışıb. O, klubun qapıçılar üzrə məşqçisi olub. 

Onu da bildirək ki, Ağacanov “Qəbələ”yə gələnədək Azərbaycanın U-18 yığmasının məşqçilər korpusunda yer alıb. O, həmçinin qapıçılar üzrə məşqçilər üçün UEFA kurslarına rəhbərlik edən yerli təlimatçılardan biri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, “Qəbələ”də son olaraq qapıçılarla işləyən məşqçi, uzun illər bu klubda çalışmış Vüqar Məmmədov idi.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC