Qurbanov "Turan Tovuz"da - Berdıyevlə işə başladı

“Turan Tovuz”da yeni təyinat reallaşıb.

Presssport.az xəbər verir ki, əsas komandaya yeni tərcüməçi gətirilib.

Bu, həmkarımız Ayaz Qurbanovdu. O, bu haqda “Facebook”dakı şəxsi səhifəsində məlumat paylaşıb. 

Artıq yeni işinə başlayan Qurbanov Tovuz klubunun türkmənistanlı yeni baş məşqçisi Kurban Berdıyevin futbolçularla, komanda üzvləriylə rus və ingilis dillərində ünsiyyətində yardımçı olur. Bu yerdə bildirək ki, Ayaz bunadək millimizin və "Qarabağ"ın beynəlxalq matçlarında mətbuat konfransında tərcüməçilik edib. 

Onu da bildirək ki, iyunun 24-də yeni mövsümə hazırlığa Bakıda başlayan “Turan Tovuz” 3 günlük məşqlərin ardından Qəbələyə, daha sonra isə Türkiyəyə təlim-məşq toplanışına yollanacaq.  

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC