"Sumqayıt" Qızılcahamamda hazırlaşacaq

“Sumqayıt”ın yay hazırlıq planı məlum olub.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Samir Abasovun komandası iyulun 3-dən 17-dək Ankaranın Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirəcək.

"Gənclik şəhəri" təmsilçisi bu müddət ərzində 3 yoxlama oyununda qüvvəsini sınamağı planlaşdırır.

Bildirilir ki, rəqiblərin kimliyi və oyunların tarixi qarşıdakı günlərdə açıqlanacaq. 

Xatırladaq ki, Konfrans Liqasında təmsilçilərimizdən biri olan “Sumqayıt” mübarizəyə başlayacağı II təsnifat mərhələsində ilk matçını iyulun 25-də evdə keçirəcək. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC