"Turan Tovuz" daha bir rusiyalı qapıçı aldı

"Turan Tovuz" növbəti transferini reallaşdırıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi Sergey Samoku heyətinə qatıb.

23 yaşlı rusiyalı qapıçı ilə 1 illik müqavilə imzalanıb. 

Son olaraq “KamAz”ın şərəfini qoruyan Sergey daha öncə vətənində “Tom”, “Soçi”, “Novosibirsk”, “Rotor” klublarının formasını geyinib.

Xatırladaq ki, "Turan Tovuz" dünən daha bir rusiyalı qapıçını -  İvan Konovalovu transfer edib. Həmçinin klub bu yay yarımmüdafiəçi Tural Bayramlını sıralarına qatıb.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC