Sautqeyt futbolçularıyla fəxr edir, tənqidlərə cavab verir: "Azarkeşlərin reaskiyasını başa düşürəm"

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt AVRO-2024-ün qrup mərhələsinin III turunda Sloveniya yığması ilə heç-heçə (0:0) etdikləri matçdan danışıb.

Presssport.az xəbər verir ki, ingiltərəli mütəxəssis azarkeşlərin onu və komandasını tənqid etməsinə də münasibət bildirib: “Azarkeşlərin reaksiyasını başa düşürəm. Əlbəttə, onları evlərinə xoşbəxt yola salmaq üçün bir neçə qol vurmaq istərdik. Lakin vəziyyət bizim üçün çətindi. Bu matçda qalib gəlməyə çalışdıq. Hücumameyilli oyunçularımızı meydana buraxdıq. Topla davranışımızı xeyli təkmilləşdirmişik. Yaxşı şanslar yaratdıq. Düşünürəm ki, Sloveniya ilə matçda meydana çıxan futbolçularımız yaxşı oynadı. İkinci hissədə oyuna nəzarət etdik, bir neçə qol vəziyyəti yaratdıq. Təəssüf ki, bundan istifadə edə bilmədik. Lakin müdafiənin möhkəmliyini də qoruduq. Gördüklərimdən çox razıyam. Futbolçularımla fəxr edirəm. Qrup lideri olmaqdan məmnunuq". 

Xatırladaq ki, ingilsilər 3 oyuna cəmi 2 qol vuraraq 5 xalla qrupdan 1-ci yerlə 1/8 finala yüksəlib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC