"Zirə"nin rəqibi yenə heç-heçə oynadı

Avropa Liqasının I təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Şerif” növbəti yoxlama matçını keçirib.

Presssport.az xəbər verir ki, Tiraspol təmsilçisi Moldova çempionatında rəqiblərindən olan “Petrokub”la görüşüb. 

Matç 1:1 hesabı ilə yekunlaşıb. “Zirə”nin rəqibi matçın gedişində hesabda geri düşsə də, tarazlığı bərpa edə bilib. Joao Paolo penaltidən fərqlənib. 

Maraqlıdı ki, bunadək 45-ci dəqiqədə “Şerif”in digər legioneri Ajar Riek 11 metrlik zərbəsini dəqiq yerinə yetirə bilməyib. Bu da rəqib qapıçının zərbəni dəf etməsiylə bağlı olub. 

Xatırladaq ki, “Şerif” bu həftə ilk yoxlama matçında digər Moldova təmsilçisi “Milsami” ilə bərabərə qalmışdı - 2:2. 

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC