"Araz-Naxçıvan"da yeni əcnəbi məşqçi

“Araz-Naxçıvan”ın məşqçilər korpusunda dəyişiklik edilib. 

Klubdan Presssport.az-a verilən məlumata görə, Şimali Makedoniyadan olan Teodor Terziev fiziki hazırlıq üzrə məşqçi təyin olunub. 

26 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.

2022-ci ildən Vətənində “Rabotniçki”də çalışan UEFA-nın A kateqoriyalı məşqçi lisenziyasına sahib Terziev paralel olaraq ötən ildən Şimali Makedoniyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasında da fəaliyyət göstərib.

Xatırladaq ki. Naxçıvan təmsilçisndə son olaraq fiziki hazırlıq üzrə məşqçi, “Qəbələ”yə qayıdan serbiyalı Miloş Yevtiç idi. 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC