Rodriges "Kəpəz"lə razılaşsa da, sonda İndoneziyaya daha yaxşı pula gedib: "Seçdiyimiz yenisi isə onun əsas qapıçısı olub"

“İqorla yeni müqaviləylə bağlı danışmışdıq, razılaşmışdıq da. Sadəcə, bizdən vaxt istəmişdi. Çünki başqa danışıq apardığı klub da vardı. Ordan xəbər gözləyirdi, sonda ona yeni təklif gəldi, dəyərləndirib getdi”.

Bu fikirləri Presssport.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Adil Şükürov deyib. 

Gəncə klubu keçən mövsümün ilk yarısında cəlb olunan portuqaliyalı qapıçı İqor Rodrigesi müqaviləsi bitəndən sonra saxlaya bilməyib. Bu da maddi amillərlə bağlıdı. Şükürov onlardan 2 dəfə artıq məbləğə yeni kluba keçdiyini vurğulayıb: "İndoneziyaya yollandı. Ora da pula getdi. Misal üçün bizdə 5 manat alacaqdısa, ora 10 manat qarşılığında üz tutdu”.

Şükürov artıq yeni qapıçı seçdiklərini diqqətimizə çatdırıb və bu zaman maraqlı təsadüf ortaya çıxıb. Belə ki, həmin qolkiper - Rogerio Santos da portuqaliyalıdı və ən əsası, öz ölkəsində Rodrigeslə “Feyrense”də birgə çıxış edib: “Onlar həmin klubda birgə oynayıb, İqor onun əvəzləyicisi olub. Meneceri vardı, o variantı təklif elədi. Biz də baxdıq, bəyəndik. Sonradan məlum oldu ki, götürdüyümüz İqorun əsas qapıçısı olub. Bu yaxında göndəriləcək ilkin müqaviləyə qol çəkməlidi”.

Onu da bildirək ki, 25 yaşlı Santos da keçən il "Feyrense"ni tərk edib, sadəcə, o, Portuqaliyada qalmağı üstün tutaraq II Liqa təmsilçisi "Lank Vilaverdense"də çıxış edib. O, son mövsümdə liqada 26 oyunda 44 qol buraxıb, 4 matçda qapısını toxunulmaz saxlayıb. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC