"Arminiya"nın sabiq futbolçusu rəsmən "Sabah"da

2024/25 mövsümü öncəsi transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı dayaq yarımmüdafiəçisi İvan Lepinitsa ilə "3+1" illik müqavilə imzalanıb.

24 yaşlı futbolçu ölkəsinin "Slaven Belupo" klubundan transfer edilib.

İvan karyerası ərzində Xorvatiyanın "Rieka" (2018-2023), həmçinin icarə əsasında bu ölkənin "Zadar" (2018/2019), Almaniyanın "Arminiya" (2022/2023) klublarında çıxış edib. Lepinitsa 2023-cü ildə "Rieka"dan "Slaven Belupo"ya keçib.

Futbolçu Xorvatiya millsinin U-19, U-20 və U-21 komandalarının da şərəfini qoruyub. İvan "Sabah"da “13 nömrə”li formada çıxış edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC