"Kəpəz"in gətirdiyi yeni legionerlər - aralarında sabiq "Jirona"lı da var, sabiq MOİK-li də

“Kəpəz” yeni mövsüm üçün yeni transferlər edir.

Bu haqda Presssport.az-a danışan Gəncə klubunun baş məşqçisi Adil Şükürov ümumilikdə 4 legionerlə danışaraq müqavilə məsələlərini razılaşdırqlarını söyləyib.

Bunlardan hücumçu Kərim L Kuça mərakeşli futbolçudu. O, eyni zamanda İspaniya vətandaşlığını daşıyır və bu ölkədə də karyera yaşayaraq “Jirona”nın üzvü olub. Kərimin son klubu Andorranın “Santa-Koloma” olub.  O, həm  mərkəz hücumçusu, sağ cinah yarımmüdafiəçisi mövqeyində çıxış edə bilir. 

Digər afrikalı cinah hücumçusu Lassana N Diayevidi. Malili bu futbolçu da 2000-ci il təvəllüdlüdü və karyerasında ilk peşəkar klub Moskva MOİK-i olub. Sadəcə, burda rəsmi debüt edə bilməyərək daim müxtəlif klublarda icarədə olub. Keçən ilsə ruslarla müqaviləsi bitərək Serbiyanın "Radniçki" (Niş) klubuna keçərək mövsümü orda keçirib. 

Redon Mihana da hücumameylli yarımmüdafiəçidi. 25 yaşlı bu futbolçunun isə indiyədək karyerası Vətəninə bağlı olub. Redon keçən mövsümü Erzeni" klubuna keçirib.

Xatırladaq ki, gəncəlilər qapıya 25 yaşlı portuqaliyalı Rojerio Santosu gətirir. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC