Berdıyevin azərbaycanlı köməkçisi müəyyənləşib - millimizin sabiq futbolçusudu

“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevin azərbaycanlı köməkçisi müəyyənləşib.

Presssport.az-ın əldə etdiyi məlumata görə, bu, gənc məşqçi Cavid Hüseynov olub.

B kateqoriyaya malik 36 yaşlı mütəxəssis I Liqaya yüksəltdiyi “Cəbrayıl”la yenə vidalaşaraq Tovuza üz tutub. Onda “Şamaxı”nın “sükanı arxası”na keçmiş Hüseynov bu dəfə ona daha tanış olan bölgəyə üz tutub. Belə ki, onun peşəkar futbolçu karyerasında ilk klub 2004/05 mövsümündə Tovuz “Turan”ı olub. 

Hüseynov artıq Berdiyevləişə başlayıb və Bakıda 3 günlük məşqlərdən sonra hazırlığın növbəti mərhələsi üçün Qəbəyələ təlim-məşq toplanışına yollanıblar.

Onu da bildirək ki, türkmənistanlı mütəxəssisin ölkəmizə gəlişindən sonra onun azərbaycanlı köməkçisi millimizin digər futbolçusu, Hüseynovla klubda və millidə komanda yoldaşı olmuş Ruslan Abışovun olacağı gözlənilirdi. Hər halda, adıçəkilən keçmiş müdafiəçi Berdıyevin “Rubin"də futbolçusu olub, bu ilin qış fasiləsində isə Mahaşqala ”Dinamo"sunu çalışdıranda onun yanına təcrübəyə getmişdi. Amma Abışov variantı klubda müzakirə olunmayıb, baş məşqçi də istəyini bildirməyib.

Xatırladaq ki, 37 yaşlı Abışov 1 ildi rəsmən karyerasını bitirib. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC