"Gürcüstan yığması təəccübləndirdi" - millimizdə oynamaqdan imtina edən futbolçu

Rusiya millisinin sabiq yarımmüdafiəçisi Aleksandr Səmədov Gürcüstan millisinin AVRO-2024-ün 1/8 finalında İspaniya yığmasıyla qarşıdakı görüşdə qələbə şanslarını dəyərləndirib

Presssport.az xəbər verir ki, Azərbaycan əsilli veteran futbolçu turnirlə bağlı təəssüratının normal olduğunu söyləyib: "Bu turnirin favoritləri və elit komandaları üçün bir az çətin alınır. Digərlərindən fərqlənən ispanlar istisnadı. Gürcüstan millisi isə təbii ki, təəccübləndirdi. İlk Avropa çempionatında qrupdan çıxmaq, Portuqaliyanı məğlub etmək çox şeyə dəyər. İspaniya ilə matçdakı şanslarına gəlincə, futbolda hər şey ola bilər, oyunun əvvəlində hesab həmişə 0:0 olur. Amma mənim üçün ispanlar daha balanslı və intizamlı görünür. İspaniyanın Gürcüstanı qiymətləndirməməyindən söhbət gedə bilməz".

Xatırladaq ki, 40 yaşlı Səmədov hələ 2000-ci illərdə millimizdən dəvət olunaraq düşərgəsində yer alsa da, oynamaqdan imtina etmiş və uzun illər gözlədiyi Rusiya yığmasına sonda çağırılmışdı.  


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC