"Sabah"ın baş məşqçisi icarədən qayıdan gənc futbolçuları saxlayacaq?

“Sabah” Konfrans Liqasının II təsnifat mərhələsində Hayfa "Makkabi"siylə oyuna hazırlığı Bakıda davam etdirir.

Presssport.az xəbər verir ki, komandanın məşqlərində icarədən qayıdan gənc futbolçular da iştirak edir. 

Bunlar müdafiəçilər Abdulla Rzayevlə Şakir Seyidov, yarımmüdafiəçilər Camal Cəfərov, İldar Alekperov və Veysəl Rzayevdi. Onların gələcək taleyilə bağlı baş məşqçi Krunoslav Renduliç qərar verəcək. Keçən mövsümün qış fasiləsindən sonra komandanın “sükanı arxası”a keçən xorvatiyalı mütəxəssis ilk dəfə sərəncamında görən oyunçuları saxlamaq, yoxsa yenidən icarəyə verməklə bağlı hazırlığın gedişində qərar verəcək. 

Onu da bildirək ki, Abdullayla İldar keçən mövsümü “Araz-Naxçıvan”da, Veysəl "Turan Tovuz"da, Şakirlə Camal “Kəpəz”ə keçirib. Qərb təmsilçiləri bu futbolçuları yenidən icarəyə götürmək fikrindədi və bu istiqamətdə danışılar apararaq qarşı tərəfdən cavab gözləyir.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC