"Qəbələ" daha bir yetirməsini qaytardı - keçən mövsüm çempion olub

"Qəbələ” heyətinə daha bir yeni futbolçu qatıb.

Presssport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 2024/25 mövsümündən I Liqada çıxış edəcək “qırmızı-qaralar” Salman Ələsgərovla anlaşıb.

23 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

“Qəbələ”nin yetirməsi olan Salman 2021-23-cü illərdə “Qəbələ-2”nin formasını geyinib.

O, ötən mövsümdə “Şamaxı”nın uğurları üçün çalışaraq I Liqanın çempionu olub. 

Ələsgərov karyerası ərzində “Səbail-2” və “Zaqatala”da da çıxış edib, Azərbaycanın U-18 millisinə cəlb olunub.

Xatırladaq ki, “Qəbələ” bunadək digər yetirməsi - qapıçı Müşfiq Nadirovu, habelə müdafiəçi Vüqar Həsənovla yarımmüdafiəçi Urfan İsmayılovu da heyətinə qatıb.
 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC