Qambiyalı nazir Milli Gimnastika Arenasına baş çəkdi - Fərid Qayıbovun da qəbulunda olub

Qambiyanın gənclər və idman naziri Bakari Y. Badсi Azərbaycana rəsmi səfəri zamanı Milli Gimnastika Arenasına baş çəkib. 

Presssport.az xəbər verir ki, Qambiyadan olan qonaqları Azərbaycan Gimnastika Federasiyasının və Milli Gimnastika Arenasının nümayəndələri qarşılayıb.

Bu gün baş tutan səfər zamanı qonaqlar arenadakı şəraitlə tanış olub.

Onu da bildirək ki, qanbiyalı qonağı iyulun 27-də gənclər və idman naziri Fərid Qayıbov qəbul edib. Qonağı salamlayan nazir ona ölkəmizin gənclər siyasəti və idman sahəsində görülən işlər və qazanılan uğurlar barədə məlumat verib. 

Nazir səmimi qəbula görə təşəkkür edib. Görüşdə Azərbaycanla Qambiya arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. 

Görüşdə gənclər və idman nazirinin müavini Mariana Vasileva və nazirliyin Beynəlxalq əlaqələr sektorunun müdiri Zərifə Zülfüqarova, Azərbaycanın Mərakeş Krallığındakı Fövqəladə və Səlahiyyətli Səfiri Nazim Səmədov, Qambiyanın İdman və Gənclər Nazirliyi yanında Prezidentin Beynəlxalq Mükafatının icraçı direktoru Sisey Malik iştirak edib.

 

 

 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC